آنادولو توركجهسیندن اویغونلاشدیران: بولاق
آیریلیق هدیهسی
ایندی ساعت سنسیزلییین ائرتهسی
اولدوز دولموش گؤكاوزو آپ-آیدین
اووودولموش اوشاقلار چوخدان سوسدو
بیر من قالدیم تنهاسیندا گئجهنین
اووودولمامیش بیر من...
ایندی گؤزلریمه آغلامانی اؤیرتدیم
كی بو یاشلار
اوتانجاق بویونون بویونباغیسی اولسون
بو دا مندن سنه
آیریلیغین هدیهسی اولسون...
دلقكلیك ائتمهدن گولدوره بیلمك سنی...
چؤرك اوغورلامادان دویورا بیلمك...
و حاقسیزلیق ائتمهدن دوغان گونشه
بوتون آیدینلیقلاری ایچینه سوزه بیلمك كیمی
كؤچری ایستكلریم اولدو آرا-سیرا بیلیرسن...
ایندی یاخشی نیتلریمی
بیر-بیر یارغیلاییب آسیرام
بو سون اولسون ... بو سون اولسون!
بو دا منیم سنه
آیریلاركن بهانهم اولسون!
ایندی ساعت یوخلوغونون بلاسی...
سنسیز گلن صاباحا گونآیدین!
ایشی-گوجو اولانلار چوخدان گئتدیلر
بیر من قالدیم وولتاسیندا سنسیزلییین
هئچ اویومامیش بیر من...
ایندی دیشلریمی سیخیب
دوداقلاریما قاناماغی اؤیرتدیم
كی بو قیزیل داملالار
كؤرپه یاناغیندا بیر وداع اؤپوجویو اولسون
بو دا مندن سنهمحو اولونموش بیر سئوگینین
سون نفسی اولسون!
باشیمی دیوارا وورمادان
تانییا بیلمك سنی...
بئینینین ایچیندهكیلری آنلایا بیلمك
و ایتیرمهدن، اوزوندهكی آنلیق گولوشو
بوتون ساعتلاری ائلهجه دوندورا بیلمك اوچون
دلیجهسینه پارالادیم اؤزومو
لعنت اولسون!
آرتیق سیگاری اوچ پاكئته چیخارتدیم گونده
اولسون به! نه اولاجاقسا اولسون!
بو دا منیم سنه
آیریلاركن شیكایتیم اولسون
گؤزیاشیم اوتانجاق بویونون اینجیدن بویونباغیسی اولسون!
هر داملا وفاسیز بدنینده بیر وداع اؤپوجویو اولسون!
ایستیرم سنده یان عؤمورونه هئی آغلا!
هئی آغلا بو مندن سون دعا!
بو مندن آیریلیق هدیهسی اولسون!
اووودماق: بیر كیمسه نین آجیسینی و یا سیخینتیسینی یاتیشدیرماق، تسللی وئرمك
وولتا: بیر كندیری بیر یئره بیر سئری دولاماق
Ayrılıq hədiyyəsi - Yusuf Hayaloğlu
İndi saat sənsizliyin ertəsi
Ulduz dolmuş gökyüzü ay-aydın
Ovudulmuş uşaqlar çoxdan susdu
Bir mən qaldım tənhasında gecənin
...Ovudulmamış bir mən
İndi gözlerime ağlamanı öyrətdim
Ki bu yaşlar
Utancaq boyunun boyunbağısı olsun
Bu da məndən sənə
Ayrılığın hədiyyəsi olsun
Təlxəklik etmədən güldürə bilmək səni
Çörək oğurlamadan doyura bilmək
Və haqsızlıq etmədən doğan günəşə
Bütün işıqlıqları içinə süzə bilmək kimi
...Mühacir istəklərim oldu hərdənbir, bilirsən
İndi yaxşı niyyətlərimi
Bir-bir mühakimə edib asıram
!Bu son olsun be... bu son olsun
Bu da mənim sənə
!Ayrılarkən bəhanəm olsun
İndi saat yoxluğunun bəlası
Sənsiz gələn səhərə günaydın!
İşi-gücü olanlar çoxdan getdi
Bir mən qaldım voltasında sənsizliyin
...Heç yatmamış bir mən
İndi dişlərimi sıxıb
Dodaqlarıma qanamağı öyrətdim
Ki bu qırmızı damlalar
Körpə yanağında bir vida busəsı olsun
Bu da məndən sənə
Heç edilmiş bir eşqın
...Son nəfəsi olsun
Başmı divara vurmadan
Tanıya bilmək səni
Beyninin içindəkiləri anlaya bilmək
Və itirmədən, üzündəki anlıq təbəssümü
Bütün saatları eləcə dayandıra bilmək üçün
Dəli olana qədər paraladım özümü
!Lənət olsun
Artıq siqareti üç paketə çıxardım gündə
!Olsun be! nə olacaqsa olsun
Bu da mənim sənə
Ayrılarkən şikayətim olsun
Gözyaşım utancaq boyunun incidən boyunbağısı olsun
Hər damla vəfasız bədənində bir vida busası olsun
İstəyərəm sən də yan ömürünə həmişə ağla
həmişə ağla bu məndən son dua
Bu məndən ayrılıq hədiyyəsi olsun
+0 بهین