آنادولو توركجهسیندن اویغونلاشدیران: بولاق
سنه نه ائتدیلر
او سحر می چیخمیشدین، بیر گون اؤنجهمی؟
بیر پیچاغین آغیزیندا گئدر كیمی ایدین
دمیرلرین سویوقلوغو نفس دوداقلاریندا
گؤزلرینده قارانلیغی دار هوجئیرهلرین
سنی گؤرر گؤرمز آزادلیغیمدان اوتاندیم
سؤیله نه ایچرسن، چایمی قهوهمی
چوخ دهییشمیسن بیردن تانییا بیلمهدیم.
ساچلارین اوزون ایدی، چییینلرینه آخاردی
كؤنلوموز شنلهنردی ساریشینلیغیندان
اونلارمی كسدیلر، سنمی قیسالتدین
گولردین، ایچیمیزه آیلار دوغولاردی
گؤرونمز داغلارین آرخاسیندان
كؤهنه گولومسمهیینی یئرسیز آختاردیم
او سحرمی چیخمیشدین بیر گون اؤنجهمی
چوخ دهییشمیسن بیردن تانییا بیلمدیم.
بیر چای ایچرمیسین، یوخسا قهوهمی
كیبریتیم یوخ، دئمك سیقارایا باشلادین
اللرین ده تیترهییر، بیر شئیینمی وار
بئله بیر قیز دئییلایدین سن اسكیدن
سنه نه ائتدیلر، سنه نه ائتدیلر؟
كیرپیكلرین ایسلانیر دایانیب دایاناركن
او سحرمی چیخمیشدین، بیر گون اؤنجه می
چوخ دهییشمیسن بیردن تانییا بیلمهدیم.
یازار : آتتیلا ایلهان
SƏNƏ NƏ ETDİLƏR
O səhərmi çıxmışdın, bir gün öncə mi
Bir pıçağın ağızında gedər kimi idin
Dəmirlərin soyuqluğu nəfəs dodaqlarında
Gözlərində qaranlığı dar hüceyrələrin
Səni görər görməz azadlığımdan utandım
Söylə nə içərsən, çaymı qəhvəmi
Çox dəyişmisən birdən tanıya bilmədim.
Saçların uzun idi, çiyinlərinə axardı
Könülümüz şənlənərdi sarışınlığından
Onlarmı kəsdilər, sənmi qısaltdın
Gülərdin, içimizə aylar doğulardı
Görünməz dağların arxasından
Köhnə gülümsəməyini bihudə axtardım
O səhərmi çıxmışdın bir gün öncə mi
Çox dəyişmisən birdən tanıya bilmədim.
Bir çay içər misin, yoxsa qəhvəmi
Kibritim yox, demək siqaraya başladın
Əllərin də titrəyir, bir şeyinmi var
Belə bir qız deyil idin sən köhnədən
Sənə nə etdilər, sənə nə etdilər?
Kirpiklərin islanır dayanıb dayanarkən
O səhərmi çıxmışdın, bir gün öncə mi
Çox dəyişmisən birdən tanıya bilmədim
+0 بهین